Azərbaycan haqda məqalə

azerbaycan-haqda-meqale
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, AzərTAc müsabiqənin rəsmi internet saytına istinadla xəbər verib ki, yazıda ölkəmizin hər il yarışmada iştirak edən təmsilçiləri haqqında məlumatlar yerləşdirilib, Eldar və Nigarın qələbəsindən geniş söhbət açılıb.

Məqalədə “Eurovision” müsabiqəsi ilə bağlı ölkəmizdə keçirilən milli seçim turlarından da danışılıb. 4 il müddətində milli seçim turlarında iştirak edən yaddaqalan namizədlər, eləcə də Azərbaycanı bu mötəbər yarışmada ilk dəfə heyranedici səhnə tərtibatı ilə təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə, daha sonra Aysel Teymurzadə və Avropanın məşhur müğənnisi Araş, məşhur amerikan ifaçısı Beyoncenin xoreoqrafının hazırladığı Səfurə Əlizadə, peşəkar münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə ölkəmizə qələbə qazandıran Eldar Qasımov və Nigar Camalzadə barədə geniş məlumat verilib.

Yazıda, həmçinin Azərbaycanın “Eurovision” müsabiqəsində 2008-ci ildə 8-ci, 2009-cu ildə 3-cü, 2010-cu ildə 5-ci və nəhayət, 2011-ci ildə qalib olduğu diqqətə çatdırılıb. Təmsilçilərin bu müsabiqənin səhnəsində 4 il ərzində Avropaya səs salan “Day after day”, “Always”, “Drip drop” və “Running Scared” mahnılarının adları da qeyd olunub Məqalənin sonunda Eldar və Nigar cütlüyünün müsahibələrinin videosu da yerləşdirilib.
Məqalədə 4 illik iştirakçılarımızla bağlı fotolar da yer alıb.

Sədan Bünyadova