Azərbaycan haqqında yeni markalar – Foto

azerbaycan-haqqinda-yeni-markalar-foto
Oxunma sayı: 677

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, seriyaya 3 marka daxildir. 20 qəpik nominallı markanın üzərində Xəzər dənizi sahilində çimərlik, 60 qəpik nominallı digər marka üzərində isə dağ xizək kurortu təsvir olunub.

Üçüncü marka suvenir poçt bloku şəklində hazırlanıb. Onun üzərində Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportu təsvir olunub və nominal dəyəri 1 manata bərabərdir.

Markaların tirajı hər bir marka üçün müvafiq olaraq 20 min ədəd və 10 min suvenir bloku təşkil edir.


Nigar Məmmədli