Azərbaycan hərbi əməkdaşlıq planı imzaladı

azerbaycan-herbi-emekdasliq-plani-imzaladi
Oxunma sayı: 642


“Qafqazinfo”nun Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. 

Danışıqların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2015/16-cı maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı" imzalanıb. Sənədi Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Birləşmiş Krallıq tərəfdən isə Müdafiə Nazirliyinin NATO və Geniş Avropa İdarəsinin İkitərəfli Əlaqələr Qrupunun rəhbəri Debbi Brazers imzalayıb.