Azərbaycan hərbi reytinq siyahısında yoxdur

azerbaycan-herbi-reytinq-siyahisinda-yoxdur
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, 55 ölkənin yer aldığı siyahıya ABŞ liderlik edir. İlk üçlüyə daxil olan ölkələr arasında Rusiya və Çin də var. Türkiyə 55 ölkə arasında 6-cı, Gürcüstan isə 50-ci yerdə qərarlaşıb. Qeyd edək ki, reytinq hərbi nəşrlərə və Mərkəzi Kəşfiyyat İdarəsinin statistik məlumatları və hesabatlarına əsasən tərtib olunub. Reytinqdə əsgərlərin sayı, silahlandırma və maliyyələşdirmənin həcmi nəzərə alınıb. Qeyd edək ki, Azərbaycanın adı reytinq cədvəlində yoxdur. İlk onluğa daxil olan ölkələr isə bunlardır:

1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Böyük Britaniya
6. Türkiyə
7. Şimali Koreya
8. Fransa
9. Yaponiya
10. İsrail

Səidə