Azərbaycan hökuməti əsir məsələsinə görə hərəkətə keçdi

azerbaycan-hokumeti-esir-meselesine-gore-herekete-kecdi
Oxunma sayı: 1306


Azərbaycanın hakimiyyət orqanları Azərbaycan vətəndaşının girov götürülməsi barədə mediada olan məlumatı aydınlaşdırmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər.

“Qafqazinfo” xəbər verir ki, BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, müraciətdə məlumat təsdiqini taparsa, BQXK-dan öz mandatına uyğun prosedurları həyata keçirmək xahiş olunub: “BQXK neytral vasitəçi olaraq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan mülki şəxslərə və hərbi əsirlərə baş çəkir, onların şəraiti ilə maraqlanır və ailələri ilə əlaqə yaradır”.

Qeyd edək ki, Ermənistan bir Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxs Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğludur. Onun Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilir.