11 ölkənin nümayəndəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) İdarə Heyəti Şurasının üzvü seçilib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə İHŞ-nin bazar ertəsi keçirilən iclasının yekun rəyində bildirilib:
“İAEA-nın 35 üzvdən ibarət İdarə Heyəti Şurasına 11 yeni ölkə seçilib. Yeni üzv dövlətlər Azərbaycan, Braziliya, Ekvador, Misir, İtaliya, Mərakeş, Nigeriya, Pakistan, İsveç, Tailan və Uruqvaydır.
İHŞ-yə 2018-2019-cu illər ərzində Argentina, Azərbaycan, Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Çin, Ekvador, Misir, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, İordaniya, Keniya, Koreya Respublikası, Mərakeş, Niderland, Niger, Pakistan, Portuqaliya, Rusiya Federasiyası, Serbiya, Cənubi Afrika, Sudan, İsveç, Tailand, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Uruqvay, Ermənistan və Venesuela daxil olacaq”.