“Azərbaycan içində erməni nazir olan vertolyotu güllələyib” – İddia+Yenilənib

azerbaycan-icinde-ermeni-nazir-olan-vertolyotu-gulleleyib-iddiayenilenib
Oxunma sayı: 646

Ermənistan mətbuatı Azərbaycan silahlı qüvvələri tərəfindən bu ölkənin müdafiə naziri Seyran Ohanyanın vertolyotuna atəş açılması ilə bağlı xəbər yayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisənin mayın 19-u Ohanyanın Noemberyan hərbi hissəsində baş verən insidenti araşdırmaq üçün bura vertolyot ilə səfər etməsi zamanı baş verdiyi iddia edilir.

Bu barədə mətbuata Tavuş bölgəsinin Voskepar kəndinin sakinləri məlumat verib. Belə ki, həmin kəndin sərhəd hissəsində alçaqdan uçuş edən nazirin vertolyotuna Azərbaycan silahlı qüvvələri tərəfindən atəş açıldığı deyilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti isə məlumatı nə təsdiq, nə də təkzib edib. Ovannisyan “vertolyotda güllə izləri yoxdur” deməklə kifayətlənib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev də erməni mətbuatında yer alan iddialara münasibət bildirib: “Bu məlumatı erməni tərəfi yayıb qoy, doğru yoxsa yalan olduğuna da özləri aydınlıq gətirsin”.