Azərbaycan idmançısı stolüstü tennis üzrə Avropa çempionu oldu

azerbaycan-idmancisi-stolustu-tennis-uzre-avropa-cempionu-oldu
Oxunma sayı: 2538

Ruminyada keçirilən və 44 Avropa ölkəsinin idmançılarının iştirak etdiyi gənclərin stolüstü tennis üzrə Avropa Çempionatı başa çatıb.

”Qafqazinfo” xəbər verir ki, şəxsi oyunlarda Azərbaycan adından çıxış edən Ninq Jing I yer tutaraq ikinci dəfə gənclər arasında Avropa çempionu titulunu qoruyub.

Qeyd edək ki, bundan əlavə, bir neçə gün əvvəl qızlardan ibarət komandamız stolüstü tennis tariximizdə ilk dəfə Avropa çempionu olmuşdu.