“Azərbaycan İES” 10 milyon kilovat-saat artıq enerji istehsal edib

azerbaycan-ies-10-milyon-kilovat-saat-artiq-enerji-istehsal-edib-
Oxunma sayı: 687

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, stansiyanın kollektivi bu müddət ərzində 2,6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal ediblər.

Qeyd edək ki, cari ilin yanvar ayının əvvəlindən VII enerji blokunda başlanan yenidənqurma işləri may ayının sonlarında başa çatıb və enerjiblok şəbəkəyə qoşulub. VI enerji blokunda isə yenidənqurma işləri davam edir.

Xatırladaq ki, elektrik stansiyası hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiyanın imkan gücü 2000 MVt-dan 2600 MVt-a yüksələcək.

Nigar Məmmədli