“Azərbaycan” İES-in iki ayda istehsalı 1,5 milyard kilovatsaat olub

azerbaycan-ies-in-iki-ayda-istehsali-15-milyard-kilovatsaat-olub
Oxunma sayı: 639

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müəssisədə 8 milyard 126,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da dispetçer yük qrafikinə uyğundur. Avadanlıqların zədələnməsinə və sıradan çıxmasına səbəb ola biləcək qəza və imtina hallarına yol verilməyib.
330 kV-lik yarımstansiyada 10 hava xətti açarı eleqaz tipli yeni açarlarla dəyişdirilib. Kom¬pressor qurğularında əsaslı tə¬mir aparılıb. 500 kV-lik yarımstansiyada da müxtəlif təyinatlı işlər həyata keçirilib. Eyni zamanda müəssisədə işçilərin maddi rifahının yaxşılaşdrılıması istiqamətində də müəyyən işlər görü¬lüb. Bütün bunlarla yanaşı energetiklərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən mədəni-kütləvi tədbirlər də reallaşdırılıb.
Mənbəyə istinadən qeyd edək ki, cari ildə təmir qrafikinə uyğun olaraq, dörd blokda müxtəlif təyinatlı təmir işləri aparılacaq. Açıq paylayıcı quruluşda hava xəttinin açarları eleqaz açarları ilə dəyişdiriləcək.
Stan¬siya kollektivi 2013-cü ilin ilk aylarını da uğurlu nəticələrlə başa vurub və ümumilikdə ötən iki ay ərzində 1 milyard 581,4 milyon kilovatsaata yaxın elektrik ener¬jisi istehsal edilib. O cümlədən, fevralda da dispetçer qrafikinə əməl olunub və 753 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.
Hazırda stansiyada, dispetçer yük qrafikinə uyğun olaraq, sutka ərzində orta hesabla 25-27 milyon kilovatsaat elektirk ener¬jisi istehsal olunur.

Nigar Məmmədli