“Azərbaycan” İES iyulda proqnozu keçib

azerbaycan-ies-iyulda-proqnozu-kecib
Oxunma sayı: 696

Stansiyada cari ilin iyul ayında 608,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunub ki, bu da nəzərdə tutulduğundan 188 min kilovatsaat çoxdur.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cari ilin 7 ayı ərzində burada 3 milyard 558,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 12,3 milyon kilovatsaat çoxdur.
Qeyd edək ki, stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir. Hazırda stansiyada beş enerji bloku işləyir və gün ərzində orta hesabla 20-22 milyon kilovatsaat elektrik enerjisi istehsal olunur. VII enerji bloku isə ehtiyatdadır. VI enerji blokunda yenidənqurma işləri qurtarmaq üzrədir. VIII enerji blokunda isə təmir işləri aparılır.

Elektrik stansiyasında payız-qış mövsümü ilə əlaqədar olaraq tədbirlər planı davam etdirilir. Bu məqsədlə nəzərdə tutulmuş tədbirlərin müəyyən hissəsi artıq yerinə yetirilib.

Nigar Məmmədli