“Azərbaycan” İES yaz-yay qrafikinə uyğun işləyir

azerbaycan-ies-yaz-yay-qrafikine-uygun-isleyir
Oxunma sayı: 951

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, cari ilin aprel ayında stansiyada 422,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 64 min kilovatsaat çoxdur. Cari ilin 4 ayı ərzində stansiyada 2 milyard 277,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Elektrik enerjisinin xüsusi sərfi və şərti yanacağın sərfi göstəriciləri üzrə də nəzərəçarpacaq səviyyədə qənaət əldə edilib.
İES-də fəaliyyət göstərən 7 saylı enerji blokunda aparılmış yenidənqurma işləri əsasən başa çatdırılıb və hazırda enerji bloku və avadanlıqlarda sınaq-sazlama və işəburaxma əməliyyatlarına hazırlıq işləri aparılır. 6 saylı blokda isə yenidənqurma işlərinə başlanıb və bu işlər hazırda davam etdirilir.
Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiyanın imkan gücü 2000 MVt-dan 2600 MVt-a yüksələcək.

Nigar Məmmədli