“Azerbaycan imamı görevden alındı” – - Türkiyə mediası

azerbaycan-imami-gorevden-alindi-
Oxunma sayı: 6446



Dünən dövlət başçısı İlham Əliyevin Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovu vəzifəsindən azad etməsi Türkiyə mediasının da əsas gündəmində yer alıb.

“Qafqazinfo” xəbər verir ki, daha bir Türkiyə mediası bu xəbəri işıqlandırıb və məlumatı “Azərbaycanın imamı vəzifəsindən azad edildi” (Azerbaycan imamı görevden alındı!) başlığı ilə dərc edib. Xəbərdə vurğulanır ki, Azərbaycan prezidenti İlham Əliyev Fətulla Gülən qrupunun bu ölkədəki ən yüksək vəzifəli bürokratı olaraq göstərilən Elnur Aslanovu vəzifəsindən azad edib:

“Azərbaycan mediasının bir müddətdir ki adını tez-tez Gülən camaatı ilə birlikdə çəkdiyi  Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov bu gün prezident İlham Əliyevin imzaladığı qərarla vəzifəsindən uzaqlaşdırılıb”. 

Qeyd edək ki, “Yenişafak” saytı da dünən bu xəbərə yer ayırmış və məlumatı prezident İlham Əliyevin rəsmi ilə “Paralel bürokratı devirdi” kimi təqdim etmişdi.