Azərbaycan İntel Ümumdünya Elmi-Texniki Sərgisinə qoşulub

Azərbaycan İntel Ümumdünya Elmi-Texniki Sərgisinə qoşulub
Oxunma sayı: 174

İKT İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən forum şagirdlər arasında keçirilən dünyanın ən miqyaslı elm müsabiqəsidir. Hər il müsabiqənin final mərhələsində 50-dən çox ölkəni təmsil edən 3 minə yaxın şagird iştirak edir.
Intel ISEF zamanı şagirdlər onları maraqlandıran sahələrdə çalışan alim və mühəndislərlə ünsiyyət saxlamaq, onlara sual vermək və qarşılarında açılan perspektivlər haqda daha geniş məlumat əldə etmək imkanını əldə edirlər.

Bu il Azərbaycan 2012-ci ildə keçiriləcək müsabiqəyə qoşulmağa hazırlıq məqsədilə 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində milli səviyyədə şagirdlər arasında müsabiqə keçirməyi planlaşdırır.

İntel ISEF müsabiqəsinin mükafat fondu 4 milyon ABŞ dollardan çoxdur. O, mükafat və təqaüd şəklində bölüşdürülür.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi