“Azərbaycan iqtisadiyyatı 2012-ci ildə daha aşağı templə böyüyəcək”

azerbaycan-iqtisadiyyati-2012-ci-ilde-daha-asagi-temple-boyuyecek-
Oxunma sayı: 638

Azərbaycanın iqtisadiyyatının artım tempinin proqnozu 2012-ci il üçün 4.1%-dən 3%-ə qədər azaldılıb. 2013-cü il üzrə iqtisadi artım göstəricisi isə stabil saxlanılıb – 3.5%. İqtisadçı Kənan Aslanlı bildirib ki, AİB yalnız Azərbaycanın deyil, Qazaxıstan və bütövlükdə Mərkəzi Asiya bölgəsinin də iqtisadi böyümə sürətini daha aşağı proqnozlaşdırıb. Bunun əsas səbəbi isə bu ölklərin mühüm ticarət tərəfdaşı olan avrozona ölklərindəki iqtisadi böhran və xam neftin qiymətinin azala biləcəyi ilə bağlı gözləntilərdir. Kənan Aslanlı onu da qeyd edib ki, iqtisadi artımın yavaşlaması məntiqi olaraq inflyasiya templərinə də azaldıcı təsir göstərməlidir. Elə buna görə də, AİB-in yeni proqnozlarında Azərbaycanda illik inflyasiya dərəcəsi 2012-ci ildə 9%-dən 6.5%-ə, 2013-cü ildə isə 8.5%-dən 6%-ə endirilib. İqtisadçı vurğulayıb ki, bu cür proqnozlaşdırılan iqtisadi artım tempi Azərbaycan hökümətinin elan etdiyi 2020-ci il hədəflərinə uyğun deyil. İqtisadiyyatın daha böyük dinamika ilə böyüməsi üçün ixracın və iqtisadiyyatın diversifikasiyasına nail olmaq, rəqabət mühitini sağlamlaşdırmaq, daxili investisiyaların effektivliyini artırmaq və struktur islahatları aparmaq zəruridir.