Azərbaycan iqtisadiyyatı yanvarda 2% artıb

azerbaycan-iqtisadiyyati-yanvarda-2-artib
Oxunma sayı: 649

2018-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 6 mlrd. 49,5 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% çox ümumi daxili məhsul istehsal edilib.

“Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalının 48,4%-i sənayedə, 9,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,0%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrində, 15,8%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 %-ini təşkil edib.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,9% artıb, neft sektorunda isə 0,5% azalıb.