Azərbaycan İranın etiraz notasını araşdırır

azerbaycan-iranin-etiraz-notasini-arasdirir
Oxunma sayı: 646

«Azərbaycanın İrandakı səfirinə təqdim olunan nota Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra Nazirlik səviyyəsində notaya münasibət bildiriləcək».

İran xarici siyasət idarəsinə çağırılan Azərbaycan səfiri Cavanşir Axundova iki ölkə sərhədində baş vermiş silahlı insidentlə əlaqədar etiraz notası təqdim edilib.

Azərbaycan-İran sərhədində oktyabrın 19-da baş verən insident zamanı bir iranlı sərhədçi həlak olub.