Azərbaycan İranla iki yoldaşlıq görüşü keçirəcək

azerbaycan-iranla-iki-yoldasliq-gorusu-kecirecek
Oxunma sayı: 685

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, komandamız hər iki görüşdə İran yığması ilə üz-üzə gələcək.

Oyun yanvarın 23-də və 24-də baş tutacaq.
 
Bakı İdman Sarayında keçiriləcək hər iki matç saat 21:00-da başlayacaq.