“Azərbaycan işğalçı dövlətlə bir ittifaqda ola bilməz”

azerbaycan-isgalci-dovletle-bir-ittifaqda-ola-bilmez
Oxunma sayı: 782


“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Muradov qeyd edib ki, Nikolay Rıjkov hələ elə fikirləşir ki, SSRİ-də yaşayır: “Mən onun dediyi sözləri, fikirləri Sovet İttifaqının məhsulu kimi qəbul edirəm. Ona görə bu insanın bu fikirlərini ciddiyə almaq lazım deyil.

Nikolay Rıjkov kimi adamlar hələ SSRİ rəhbərliyində vəzifədə olarkən həyata keçirdikləri əməllərə görə cavab verməlidirlər. Elə Rıjkov kimilərinin qəbul etdikləri siyasi qəraralara görə  keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda çox insanlar əzab çəkməli olub”.

F. Muradovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda  həmsədr olan ölkənin rəsmi nümayəndəsinin belə bir mövqeyi təəssüf doğurur.  “Rıjkov anlamlıdır ki, Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisi olub və belə də olacaq. Dağlıq Qarabağın heç vaxt hər hansı  ittifaqa müstəqil olaraq qoşulması mümkün olmayacaq. Azərbaycan isə işğalçı dövlətlə bir ittifaqda ola bilməz”. 

Qeyd edək ki, Ermənistanda olan N.Rıjkov İrəvanda keçirdiyi brifinqdə “biz Dağlıq Qarabağı Avrasiya Birliyi tərkibində görməyə şad olardıq” fikrini səslənidirib.

Murad