Azərbaycan İslam Partiyası bəyanat yayıb

azerbaycan-islam-partiyasi-beyanat-yayib
Oxunma sayı: 651

“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, bəyanatda xatırladılır ki, partiya lideri hicaba qadağa qoyulmasını pisləyib, həmçinin dini etiqad azadlığı haqqında vətəndaşların mənəvi hüquqlarını məhdudlaşdıran hallara etiraz edib. Daha sonra vurğulanır ki, M. Səmədov və digərləri inzibati qaydada həbs edilib, onlara qarşı heç bir aidiyyəti olmayan ağır ittihamlar irəli sürülüb. Bəyanatda qeyd olunur ki, partiya liderinə qarşı sürülən ittihamlar sırasında Qubada yaşayan yəhudi vətəndaşlara qarşı terror aktının hazırlanması ittihamı da var: “AİP belə əsassız ittihamı ölkədə süni şəkildə milli və irqi qarşıdurma yaradacaq amil kimi qiymətləndirir. AİP diqqəti ona yönəldir ki, partiya öz nizamnaməsində hər cür milli və irqi ayrı-seçkiliyi rədd edir, cəmiyyətdə barış, qardaşlıq, insan haqlarının, izzət və ləyaqətin qorunmasına çalışır. Bu, həm də ümumən İslam dininin əsas tələblərindəndir. AİP həbs olunanlara bəraət verilməsini tələb edir və Ramazan ayının sonuna qədər onların azad olunacağına ümid edir”.

Fatimə Kərimli