Azərbaycan klubları dördə bir finalda kimlə qarşılaşacaq?

azerbaycan-klublari-dorde-bir-finalda-kimle-qarsilasacaq
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu mərhələni uğurla adlayan 4 Azərbaycan təmsilçisinin 1/4 finalda qarşılaşacağı rəqib məlumdur. Çempionlar Liqasında mübarizə aparan “Azərreyl” növbəti mərhələdə Rusiyanın “Dinamo” (Kazan) klubu ilə üz-üzə gələcək. Kazan təmsilçisi 1/8 finalda Almaniyanın “Drezdner” klubunu mübarizədən kənarlaşdırıb.

ÇL-dəki digər təmsilçimiz “Rabitə” isə qrup mərhələsində üstələyə bilmədiyi “Fənərbaxça”ya rəqib olub. Türkiyəlilər əvvəlki mərhələdə Çexiyanın “Modranska” klubuna qalib gəlmişdi.
“Çelenc Kap”da mübarizə aparan “Lokomotiv” Çexiyanın “Brno” klubu ilə münasibətlərini aydınlaşdıracaq. “Bakı” isə Rusiyanın “Omiçka” komandası ilə qarşılaşacaq.
1/4 final mərhələsinin ilkin oyunları fevralın 21-23-də, cavab oyunları isə bir həftə sonra baş tutacaq.


Ceyhun Əhmədov