Azərbaycan klublarına Rusiyadan dəvət gəldi

azerbaycan-klublarina-rusiyadan-devet-geldi
Oxunma sayı: 634

Apasport.az saytının məlumatına görə, son Rusiya çempionu Azərbaycan komandalarını öz Super Liqalarında görmək istədiklərini bildirib.

Belə ki, kişilərdən ibarət Rusiya çempionatı 2 konferensiyaya – Qərb və Şərqə bölünüb. İndi qonşu ölkədə qadınların birinciliyinində də bu yeniliyin tətbiq olunması müzakirə obyektinə çevrilib. Bunu oyunçularda yüklənmələrin, komandaların uçuşlarının azaldılması məqsədi ilə etmək istəyirlər.

Bu məsələyə münasibətini bildirən Çernışov üzünü azərbaycanlı dostlarından tutaraq, onlardan müsbət cavab gözləyir: “Düşünürəm ki, mənim fikrimlə baş məşqçimiz Rişat Qilyazutdinov da razılaşar. Çünki hazırda Rusiyada 2 divizionu yaratmaq üçün bu qədər komanda yoxdur. Hətta hər birində 7-8 komanda olmaq şərtilə. Əgər Azərbaycan və Ukraynadan olan dostlarımız bizim çempionata gəlsəydilər, onda tam başqa cür olardı”.

Qeyd edək ki, Azərbaycan klubları avrokuboklardakı möhtəşəm çıxışları ilə bütün Avropanın diqqət mərkəzindədir.