Azərbaycan klubunun baş məşqçisi rəqib stadionunun şitini sındırdı

azerbaycan-klubunun-bas-mesqcisi-reqib-stadionunun-sitini-sindirdi
Oxunma sayı: 1251

AFFA İntizam Komitəsi Azərbaycan çempionatının I divizionunda son turda başverənlərlə bağlı qərarlarını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, VIII tur ən qəribə cərimə “Binə”yə gəlib.

Belə ki, “Ağsu” ilə səfər matçında binəli azarkeşlər hələ matç başlamamış pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən qonaq klub 80 manat cərimə olunub.
 
“Mil-Muğan” – “Şüvəlan” matçında isə qonaqların baş məşqiçisi Aqil Nəbiyev “qəhrəmanlıq edib”. O, stadionun plastik şitini sındırıb. Stadiona dəymiş ziyan əsasında “Mil-Muğan” klubunun təqdim edəcəyi hesab “Şüvəlan” tərəfindən ödəniləcək.