Azərbaycan kubokunda yarımfinal mərhələsində cavab oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk matçda “Sumqayıt”ı öz meydanında 2-1 hesabı ilə məğlub edən “Keşlə” səfər matçında sərfəli nəticə əldə edib.
Matç 1-1 başa çatıb və finala yüksələn ilk komanda “Keşlə” olub. Bu komandanın finaldakı rəqibi “Neftçi” - “Qəbələ” matçından sonra məlum olacaq.
“Sumqayıt” - “Keşlə” - 1:1
Qollar: Cavid İmamverdiyev, 64 - Sezar Meza Kolli, 62