Azərbaycan kubokunda ilk yarımfinalçılar bəlli olur

azerbaycan-kubokunda-ilk-yarimfinalcilar-belli-olur
Oxunma sayı: 825

Bu gün Azərbaycan kubokundan ilk yarımfinalçılar müəyyənləşəcək. “Qafqazinfo” xəbər verir ki, “Kəpəz” doğma meydanda “Keşlə”ni qəbul edəcək.

İlk oyunda 0:2 hesabı ilə uduzan gəncəlilər “come back” etmək niyyətindədir.

“Neftçi” isə səfərdə 1:0 uduzduğu “Zirə”ni qəbul edəcək. Mərhələnin ən maraqlı görüşlərindən biri olan matç saat 19:00-da başlayacaq.

14 dekabr (cümə axşamı)

13:00.“Kəpəz” – “Keşlə”

İlk oyun - 0:2

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə

Gəncə şəhər stadionu

19:00.“Neftçi” – “Zirə”

İlk oyun - 0:1

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov

“Bakcell Arena"

15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev

“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov

“Kapital Bank Arena”