Azərbaycan kubokunda yarımfinal həyəcanı

azerbaycan-kubokunda-yarimfinal-heyecani
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hər iki görüş Bakıda baş tutacaq.
“Bakı” “Qarabağ”ı qəbul edəcək. İndiyədək kubokda 3 dəfə “Qarabağ”a rəqib olan “zolaqlılar” qələbəyə həsrət qalıb. 6 oyunda 4 qələbə qazanıb 2 dəfə heç-heçə edən Ağdam təmsilçisi hər 3 halda “Bakı”nı mübarizədən kənarlaşdırıb.
“İnter” – “Neftçi” oyununda isə statistika ev sahiblərinin xeyrinədir. Belə ki, bu komandalar arasında keçirilən 8 kubok qarşılaşmasında “Neftçi”nin yalnız 1 qələbəsi var.

"Bakı" - "Qarabağ"
AFFAnümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:30 ("İdman Azərbaycan")
"İnter" - "Neftçi"
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Murad Məmmədov
"Şəfa" stadionu. Saat 18:00 ("İdman Azərbaycan")

Ceyhun Əhmədov