Azərbaycan kubokunda yeni mövsüm başladı

Azərbaycan kubokunda yeni mövsüm başladı
Oxunma sayı: 435

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2017/18 mövsümünə start verilib.

“Qafqazinfo” xəbər verir ki, kubokun yeni mövsümü 1/16 final mərhələsindən start götürüb. Bu mərhələdə Birinci Divizionun 4 komandası 1/8 finala son 2 vəsiqə uğrunda mübarizə aparıb. 

"Ağsu” "Mil-Muğan”ı, MOİK isə "Turan Tovuz”u qəbul edib. Bu mərhələdə qaliblər bir oyunda müəyyənləşib. "Mil-Muğan" səfərdə tək qolla qalib gəlib. Üç qolun vurulduğu MOİK - "Turan Tovuz" matçında isə "hərbçilər" üstün olublar.

1/8 finalda "Mil-Muğan” "Qəbələ”ylə, MOİK isə "İnter”lə qarşılaşacaq. 

Azərbaycan Kuboku
1/16 final
11 oktyabr 
"Ağsu” - "Mil-Muğan” 0:1

Qol: V.Mehrəliyev, 80.
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
Ağsu şəhər stadionu.

MOİK - "Turan Tovuz” 2:1
Qol: İ.İbrahimli, 13. Q.İbrahimov, 87 - E.Səmədov, 40.
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov.
"Bakı” FK-nın təlim-məşq  bazasının stadionu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi