Azərbaycan Kubokunun final matçının vaxtı dəyişdirilib

azerbaycan-kubokunun-final-matcinin-vaxti-deyisdirilib
Oxunma sayı: 1261

Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək oyunun saatı hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən dəyişdirilib.

"Qafqazinfo" xəbər verir ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək. 

Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.