Azərbaycan kubokunun final qarşılaşmasının vaxtı dəyişəcək

azerbaycan-kubokunun-final-qarsilasmasinin-vaxti-deyisecek
Oxunma sayı: 757

Azərbaycan milli komandası mayın 29-da yoxlama görüşü keçirəcək. “Qafqazinfo”nun məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək matçın vaxtı müzakirələrə səbəb olub. 

Belə ki, qarşılaşmadan bir gün öncə - mayın 28-də Azərbaycan kubokunun final görüşü baş tutacaq. Finalda iştirak edəcək komandaların heyətində olan millinin futbolçularının bu matçın iştirakçısı olmaması da müzakirə mövzusudur. 

Bu səbəbdən Peşəkar Futbol Liqası final qarşılaşmasını vaxtını dəyişəcək.