Azərbaycan kubokunun püşkü atılır

azerbaycan-kubokunun-pusku-atilir
Oxunma sayı: 845

Bu gün Azərbaycan kubokunda 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, turnirdə 12 komanda mübarizə aparacaq. Bunlar Premyer Liqanın 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu”dur. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.
 
Ölkə kuboku dekabrın 6-da start götürəcək.
 
Qeyd edək ki, AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 13:00-da başlanacaq.