Azərbaycan - Latviya yaşıl iqtisadiyyat üzrə Biznes Forum keçiriləcək

Azərbaycan - Latviya yaşıl iqtisadiyyat üzrə Biznes Forum keçiriləcək
Oxunma sayı: 83

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, forumun işində Latviya Respublikasının Ətraf Mühit və Regional İnkişaf Naziri cənab Raymonds Veyonis, həmçinin Latviyanın ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkət nümayəndələri iştirak edəcək. Forumda Azərbaycan və Latviya arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq məsələləri, eyni zamanda Azərbaycanın yaşıl iqtisadiyyata keçidi ilə bağlı yeni texnologiyaların tətbiqi sahəsində müzakirələrin aparılması nəzərdə tutulur.

Tədbirdə hər iki ölkənin ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkət nümayəndələri arasında fikir və təcrübə mübadiləsi aparılacaq, müasir və qabaqcıl texnologiyalar, həmçinin Latviya və Azərbaycan şirkətlərinin bu sahədə gördüyü işlər nümayiş etdiriləcək.

Xatırladaq ki, 2009-cu ilin 25-28 iyun tarixlərində Latviya Respublikasının Ətraf Mühit Naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi