Azərbaycan mədəniyyəti təbliğ olundu

azerbaycan-medeniyyeti-teblig-olundu
Oxunma sayı: 948

Macarıstanın Szeged Universitetində təhsil alan tələbələrimiz Szeged şəhərində keçirilən "İnternational Cultural Week" festivalında ölkəmizi təmsil ediblər. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanlı tələbələrdən ibarət rəqs qrupu səhnədə “Yallı” və “Süleymani” rəqsləri ilə çıxış ediblər. Bundan əlavə, tələbələrimizin festivalla əlaqədar təşkil etdiyi guşədə Azəbaycanla bağlı kitablar, məlumat broşürləri sərgilənib, ölkəmizlə bağlı informasiyalar verilib, iştiakçılara milli təamlarımız təqdim olunub.

Qeyd edək ki, bu beynəlxaql festival Macarıstanın Szeged şəhərində hər il təşkil olunur.