Azərbaycan Mətbuat tarixi Antologiyası

azerbaycan-metbuat-tarixi-antologiyasi
Oxunma sayı: 1311

“Qafqazinfo”nun məlumatına görə, kitabda Azərbaycan mətbuatı və jurnalistikasının inkişafı tarixini və onun elmi-nəzəri prinsiplərini əks etdirən materiallar toplanıb. “Dördüncü hakimiyyətin”- mətbuat və jurnalistikanın təşəkkülü və inkişafını işıqlandıran antologiya media işçiləri, tədqiqatçı alimlər, bakalavr, magistr və doktorantlar, habelə ictimai fənlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun vəsaiti ilə nəşr olunan kitabın elmi redaktorları və nəşrə hazırlayanları Şamil Vəliyev və Nəsiman Yaqubludur.

Fatimə Kərimli