Azərbaycan millisi Avropa çempionatının finalında

azerbaycan-millisi-avropa-cempionatinin-finalinda
Oxunma sayı: 632



Azərbaycan millisi futzal üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
AFFA-nın məlumatına görə, Azərbaycan yığması seçmə mərhələnin son oyununda bu gün ev sahibi Slovakiya yığmasını 2:1 hesabı ilə məğlub edib.

Topları Biro Jade və Namiq Məmmədkərimov vurublar. Azərbaycan millisi qrupda keçirdiyi ilk oyunda Norveç yığmasını 6:0, ikinci qarşılaşmada isə Bosniya və Herseqovina millisini 3:2 hesabı ilə məğlub edib.

Beləliklə komanda 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikada keçiriləcək Avropa çempionatının final mərhələsinə maksimum nəticə ilə vəsiqə qazanıb.

Komandalar . xal

1. Azərbaycan 9
2. Bosniya və Herseqovina 4
3. Slovakiya 4
4. Norveç 0