Azərbaycan rəqiblərini tanıdı - Yenilənir

azerbaycan-reqiblerini-tanidi
Oxunma sayı: 3022

Bu gün UEFA-nın Millətlər Liqasının püşkü atılacaq. “Qafqazinfo” xəbər verir ki, qitə futbol qurumunun yeni təsis etdiyi turnirin püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində Bakı vaxtı ilə 15:00-da start götürəcək.

Tədbirdə ölkəmizi millinin baş məşqçisi Qurban Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov və mətbuat xidmətinin rəhbəri Firuz Abdulla təmsil edəcək.

55 ölkənin milli komandaları UEFA reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. Püşkatma Azərbaycan millisinin yer aldığı D Liqasının I səbətindən başlayacaq.


Reqlamentə əsasən, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup 1-ciləri arasında təşkil olunacaq "Dördlər finalı”nda müəyyənləşəcək. 

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, dövlətlər arasındakı münasibətlərə görə Azərbaycanla Ermənistan və Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməzlər. Lakin bu ölkələri təmsil edən yığmaların finalda üz-üzə gəlmələri mümkündür. 


Azərbaycan millisi rəqiblərini tanıdı:

Azərbaycan

Kosovo

Malta 

Farer Adaları