Azərbaycan millisinin məşhur güləşçisi İŞİD-in tərkibində öldürüldü - Şok

Azərbaycan millisinin məşhur güləşçisi İŞİD-in tərkibində öldürüldü
Oxunma sayı: 8014

Dağıstanlı güləşçi, Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev haqqında şok iddia ortaya atılıb.

Qafqazinfo” kavkaz-uzel.eu saytına istinadən xəbər verir ki, yayılan məlumatlara görə o, İraqda öldürülüb.

İŞİD terror təşkilatının sıralarında döyüşən idmançı Mosul şəhərində güllələnib.

Güləşçinin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Qeyd edək ki, Çamsulvara Çamsulvarayev Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi