Azərbaycan millisinin sabiq baş məşqçisi vəfat etdi

azerbaycan-millisinin-sabiq-bas-mesqcisi-vefat-etdi
Oxunma sayı: 2179

Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Futzal Federasiyasının rəsmi saytı yayıb. Federasiya rəhbərliyi Juniorun vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, "professor" ləqəbli Milton 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Komandamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.