Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın sabiq üzvü qəzaya düşdü

Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın sabiq üzvü qəzaya düşdü
Oxunma sayı: 702

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Uğur Pamuk Türkiyədə avtomobil qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Məlumatda hadisənin ötən gecə olduğu qeyd edilsə də, hansı şəraitdə baş verməsi haqda açıqlama yoxdu. Qəza nəticəsində 28 yaşlı yarımmüdafiəçinin çiyni çıxıb. Dərhal xəstəxanaya çatdırılan Pamuk hazırda özünü yaxşı hiss edir. Amma o, yaxın 4 həftə ərzində komandasına kömək edə bilməyəcək
 
Qeyd edək ki, hazırda “Manisaspor”da çıxış edən futbolçu Azərbaycanda “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında da oynayıb. O, Manisa klubuna ötən il “Sumqayıt”dan transfer edilib. Pamuk almaniyalı mütəxəssis Berti Foqtsun dövründə Azərbaycan yığmasında da oynayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi