Azərbaycan Minsk Qrupunun təklifini araşdırır

azerbaycan-minsk-qrupunun-teklifini-arasdirir
Oxunma sayı: 635

"Münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiyanın mövqeyi onlardan birinin deyil, məhz bütün üç ölkənin mövqeyi baxımından müstəsna vacibdir", - o bildirib.

Təşkilatın saytının məlumatına əsasən, Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası ilə əlaqədar olaraq, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Hilları Klinton və Fransanın Avropa işləri üzrə naziri Jan Leonetti, eləcə də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyini təsdiq ediblər.

Azərbaycan XİN-in rəsmi nümayəndəsinin fikrincə, münaqişənin tənzimlənməsi bu formatda mümkündür.

"Yenilənmiş Madrid prinsipləri bütün üç ölkə tərəfindən münaqişə tərəflərinə təqdim edilən rəsmi sənəddir və biz onları ölkələrdən birinin deyil, məhz üç ölkənın adından həmsədrlər tərəfindən edilən sonuncu rəsmi təklif kimi qəbul edirik", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Vilnüsdəki birgə bəyanat da həmsədr ölkələr adından və münaqişə tərəfləri olan iki ölkə tərəfindən verilib.

2011-ci ilin yayında keçirilən Kazan görüşündə Rusiya tərəfi münaqişənin nizamlanması üzrə Azərbaycan tərəfinin qəbul etmədiyi təkliflərlə çıxış edib. Lakin erməni tərəfi bu təkliflərə gələcək danışıqlar prosesi üçün baza kimi baxılmasına təkid edib.

Abdullayevin dediyinə görə, Ermənistan prezidentlərin Kazan görüşündən sonra destruktiv mövqe tutaraq bunun üçün heç bir əsasa malik olmayıb. Belə ki, təkliflər bütün üç həmsədr tərəfindən təqdim edilməlidir.

Onun sözlərinə görə, Vilnüsdə qəbul edilən yekun bəyanat nazirlər və həmsədr ölkələrin başçıları tərəfindən verilən əvvəlki bəyanatlarla ümumidir. Burada mövcud status-kvonun yolverilməzliyi təsdiq edilir.

ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi və Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qəbul etdiyi birgə bəyanat münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin Minsk qrupu çərçivəsində davam etdirilməsinə çağırır.