Azərbaycan modeli digər ölkələrə nümunə göstərildi - Fotolar

Azərbaycan modeli digər ölkələrə nümunə göstərildi
Oxunma sayı: 866

İsveçrənin Cenevrə şəhərində geniş qeyd olunan “Sülh həftəsi” çərçivəsində “Palais des Nations” sarayında yerləşən BMT ofisində keçirilən konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib.

Avropa Azərbaycan Cəmiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.  “Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" adlı konfransa müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.

Tədbirdə qeyd olunub ki, dini və etnik zəmində yaranan münaqişələrlə qarşılaşan müasir dünyanın getdikcə gərginləşən və qütbləşən təbiətini nəzərə alaraq, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın multikulturalizm modelindən nümunə kimi isifadə olunmalıdır. Ta qədim zamanlardan bəri azərbaycanlılar təbiətcə tolerant olub və hazırda multikulturalizm Azərbaycanın dövlət siyasətidir. 

Bakı, həmçinin Avropa Olimpiya Komitələrinin himayəsi altında keçirilmiş Bakı - 2015 Avropa Oyunları  və İslamiada-2017 İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq və çoxmədəniyyətli tədbirlərə ev sahibliyi edib.
 
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter öz nitqində qeyd edib ki, dünyəviliyin Azərbaycan modeli və onun sülhpərvər dinlərarası dialoq təcrübəsi, xüsusilə qloballaşma və günümüzün təhlükəsizliyə dair qlobal risklər kontekstində, unikal və uğurlu bir model kimi nəzərdən keçirilməlidir.
 
Təmsil etdiyi təşkilatın Avropa və Azərbaycanda dini tolerantlıq və multikulturalizmə dair həyata keçirdiyi layihələr haqqında məlumat verən L.Zetter 2016-cı ildə “Dördgünlük müharibə” zamanı azad edilmiş Cocuq Mərcanlı qəsəbəsinə səfəri barədə danışıb. O, qəsəbənin yenidən qurulması üçün görülən işlərdən, insanların dogma yurdlarına böyük həvəslə qayıdışı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. 

Müzakirələr zamanı Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq modelinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edə biləcək vasitə olduğu vurğulanıb.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi