Azərbaycan müdafiə xərclərini artırır

azerbaycan-mudafie-xerclerini-artirir
Oxunma sayı: 1486

Bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərclərinin 150 milyon manat və yaxud 4,9% artırılaraq 3 037,618 milyon manatdan 3 187,618 milyon manata çatdırılması nəzərdə tutulur.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Bundan əlavə, 2019-cu il üzrə icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği də artırılır.

Dəyişikliyə əsasən, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılır. Dəyişikliklər Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Günel Türksoy