Azərbaycan muğamının növbəti uğuru

azerbaycan-mugaminin-novbeti-uguru
Oxunma sayı: 634

Bunlar xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova, eyni zamanda son illər uzaq ölkələrin səhnələrində uğurlu çıxışlar edən xanəndə Qoçaq Əsgərovdur. Q.Əsgərov xəbər verir ki, BBC 3 radiosu ifası sevilən və ən çox dinlənilən dünyaca yaxşıların ifasını ikili diskə toplayaraq onu satışa çıxarıb. Bu satış dünyanın əksəriyyət ölkələrində təşkil edilib.

Qoçaq Əsgərov deyir ki, qısa zamanda dinləyici tələbatını nəzərə alan təşkilat komitəsi diskin 6 aydan bir tirajını artırmağa qərar verib. Xanəndənin əlavəsinə görə, radio nümayəndələri ilə onun tanışlığı 2007-ci ilə təsadüf edir. Bakıda səfərdə olan bir qrup şəxs azərbaycanlı ifaçını dinlədikdən sonra onun ifasını elə burada lentə yazdırır. Diski dinləyənlər Alim Qasımov və Fərqanənin ifasında iki xalq mahnısı, Qoçaq Əsgərovun ifasında isə «Ay qız» xalq mahnısı və «Şahnaz» muğamını dinləyirlər. Hələlik həmin buraxılışdan bir diskə sahib olan gənc xanəndə onun ölkəmizdə satışının təşkil ediləcəyinə ümid edir.