Azərbaycan müğənnisinin son görüntüsü - Foto

azerbaycan-mugennisinin-son-goruntusu
Oxunma sayı: 1316

“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. 

“Qafqazinfo” L ent.az-a istinadən xəbər verir ki, ifaçının çox arıqladığı diqqətdən qaçmayıb.

Məsələ ilə bağlı müğənni bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.
 
Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı.