“Azərbaycan münasib rəqib olmadığını göstərdi” - Modriç

azerbaycan-munasib-reqib-olmadigini-gosterdi
Oxunma sayı: 2462

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana 2:1 hesabı ilə qalib gələn Xorvatiya millisinin kapitanı Luka Modriç oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, Təcrübəli futbolçu matçın çətin keçdiyini deyib:

“Hər şeydən öncə qalib gəlmək vacibdir. Çox yaxşı oynadıq, fürsətlər qazandıq. Gözlədiyimizdən çətin oldu, lakin asan matç olacağını da düşünmürdük. Azərbaycan münasib rəqib olmadığını göstərdi. Rəqibi müsbət qiymətləndirməliyik, yaxşı müdafiə olundular və qol da vurdular. Əks-hücumlarda daha tez müdafiə olunmağı bacarmalıyıq. Bu oyunda bunu yaxşı bacarmadıq. Bu, oyunda zəif cəhətimiz idi. Lakin məmnun ola biləcəyimiz çox şey var. Azarkeşlərimiz də çox möhtəşəm idi”.

Modriç Xorvatiyanı Macarıstanla səfərdə daha ağır oyun gözlədiyini söyləyib:

“Buna görə də ciddi hazırlaşmalıyıq. Hədəf 3 xaldır. İndi ciddi alınmayacaq rəqib yoxdur”.