Azərbaycan müxalifəti dinləmələr keçirdi

azerbaycan-muxalifeti-dinlemeler-kecirdi
Oxunma sayı: 644

Daha sonra məruzə ilə çıxış edən politoloq Leyla Əliyeva Azərbaycan üçün AB-nin mühüm əhəmiyyət daşıdığını bildirib: “AB-yə inteqrasiya ilə yanaşı, üzvlük də bizim üçün böyük rol oynayır. Ona görə ki, Azərbaycan öz mövcudluğunu yalnız bura üzv olmaqla təsdiq və inkişaf etdirə bilər”. Politoloq bunu qeyri-mümkün olmadığını və bizdən asılı olduğunu vurğulayıb: “AB-yə inteqrasiya o deməkdir ki, indiki siyasi institutlar dəyişəcək, monopoliya aradan qalxacaq, bunu da indiki elita istəmir. Buna görə də bu status-kvonun dəyişməsinə mane olur”.

L.Əliyeva AB-yə üzvlüyün üstünlüklərindən biri kimi viza məsələsinin asanlaşdırılacağını, qiymətlərin ikiqat ucuzlaşacağını və bununla da gediş-gəlişin asanlaşacağını göstərib.

Politoloq Şərq Tərəfdaşlığına daxil olan ölkələr arasında araşdırma aparıldığını və Avropa Birliyinə inteqrasiyanın indeksinin müəyyənləşdirildiyini qeyd edib. Qeyri-rəsmi nəticələrdə Moldovanın birinci yer tutduğunu deyib.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir isə bildirib ki, AB-yə inteqrasiyadan əvvəl şüurumuzda avropalaşma getməlidir: “Biz elə bilirik ki, AB-yə üzv olsaq qızlarımız gecə barlarda olacaq”.

AXCP sədr müavini Razi Nurullayev AB-nin üzvü olan 27 ölkənin hər birində yüksək həyat şəraitinin olduğunu qeyd edib. O, Avropaya inteqrasiyanın iqtisadi və digər azadlıqlar verə biləcəyini, bunun da bütün sahələrdə inkişafa səbəb olacağını deyib: “İnteqrasiyada ləngidilməsində əsas maneə bizdə iqtisadiyyatın müxtəlif sahələrini ələ keçirmiş, monopoliya yaratmış insanlardır ki, ilk olaraq bu ləğv edilməlidir. Azərbaycan “Dünya Ticarət Təşkilatına” üzv olmalı, nəticədə də iqtisadiyyat liberallaşdırılmalıdır”. R.Nurullayev onu da qeyd edib ki, AB-yə üzv olmaq üçün vətəndaşlar bunu istədiklərini hiss etdirməlidirlər. Nümunə olaraq Gürcüstanı misal çəkən R.Nurullayev onların daha məqsədyönlü olduqlarını və bizim də öz istəyimizi bu şəkildə ortaya qoymalı olduğumuzu vurğulayıb.

AXP sədri Pənah Hüseyn Avropa inteqrasiya yolunda əsas maneəni hazırki rejimlə əlaqələndirib: “Demokratik qüvvələr hakimiyyətə gəlsə İlham Əliyevin AB-yə inteqrasiya ilə bağlı yaratdığı maneə aradan qalxacaq. Nə qədər ki, bu siyasi rejim var, AB-yə üzv ola bilməyəcəyik”.

Fatimə Kərimli