Azərbaycan müxalifətindən Rəsul Quliyevə cavab

azerbaycan-muxalifetinden-resul-quliyeve-cavab
Oxunma sayı: 643

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu eks-spiker Rəsul Quliyevin fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müxalifəti tənqid edərkən onun hansı şəraitdə fəaliyyət göstərdiyinə baxmaq lazımdır: “Amerikada oturub danışmaq asandır. Amma Rəsul bəy Azərbaycandakı vəziyyəti də bilməlidir. Biz dünyada gedən proseslərdən kənarda qala bilməzdik. Əgər “ərəb baharı”nın baş verdiyi bir vaxtda biz mitinqlər keçirməsəydik onda qınaq obyekti olardıq ki, dünya dəyişir sizsə dəyişikliyə cəhd etmirsiz”. Başqan müavinin sözlərinə görə, onlar dəyişikliyə hasil ola bilməsələr də bunun obyektiv və subyektiv səbəbləri olub: “Düzdür, biz qələbə qazana bilmədik. Hakimiyyət çox güclüdür, o, repressiyalara əl atdı. Amma biz mövcud imkanlardan maksimum istifadə edə bildik”.

Rəsul Quliyevin 2013-cü il prezident seçkiləri ilə bağlı dediyi fikirlərə gəlincə isə Tofiq Yaqublu bildirib ki, əgər Rəsul Quliyev İlham Əliyevin prezident olmağına mane olarsa, biz bunu alqışlayarıq: “Bunu bacaran insanı biz yalnız alqışlayarıq. Eyni zamanda hakimiyyətə biz yox, başqa partiya da gələrsə biz onu dəstəkləyib, əlimizdən gələn köməyi edərik”.

Mövzu ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının da fikirlərini öyrənməyə çalışdıq. O, sualımızı belə cavablandırdı: “Mənim Rəsul Quliyevin fikirlərini şərh etmək fikrim yoxdur”.

Fatimə Kərimli