Azərbaycan müxalifətindən Suriya müxalifətinə dəstək

azerbaycan-muxalifetinden-suriya-muxalifetine-destek
Oxunma sayı: 639

KXCP mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti haqqında məlumat verilib və ictimai siyasi vəziyyət müzakirə edilib. Yığıncaqda DQMM-nin piket keçirməklə bağlı müraciəti Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmin edilməməsi və təşkilatçıları bu gün polis idarəsinə dəvət edilməsi haqqında məlumat verilib.

DQMM hüquqşunasların və seçki mütəxəssislərinin seçki qanunu ilə bağlı ortaq mövqedən çıxış etməsi təşəbbüsünü vaxtında atılmış addım hesab edərək, Azərbaycandakı bütün demokratik qüvvələrin: Ziyalılar Forumu, Məşvərət Məclisi, İctimai Palata, Qarabağ bloku, Real hərakatı və digər mütərəqqi qüvvələrin fəaliyyətini əlaqələndirmək məqsədi ilə ümummilli konqresin çağrılmasını zəruri hesab edir.

DQMM Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ölkənin ən yüksək səviyyədəki korrupsiya və rüşvətlə bağlı ortaya qoyduğu faktların hakimiyyət tərəfindən ört-basdır edilməsi, cinayətin iştirakçılarının ölkədən “qaçırılması” ciddi narahatlıqlar doğuraraq Azərbaycanda hakimiyyəti kriminal bir qrupun ələ keçirdiyi təəssüratı yaradır. DQMM ölkə başçısından bu məsələ ilə bağlı qətiyyətli mövqe bildirməsini tələb edir.

DQMM, 65 il əvvəl soydaşlarımızın kütləvi şəkildə doğma yurdlarından (Ermənistandan) deportasiya edilməsini müzakirə edərək bu mövzuda tədbirlər keçirilməsini məqsədəuyğun hesab edib. Bununla bağlı Elşad Musayevin rəhbərliyi ilə Təşkilat Komitəsi yaradıldı. Bu mövziya həsr edilən ilk tədbirin 12 dekabr 2012-ci il tarixində, saat 12.00-da KXCP-nin qərargahında keçirilməsi qərara alınıb.

DQMM BMT Baş Assambleyasının Fəlsətin dövlətinin BMT-də müşahidəçi qismində tanınması ilə bağlı təqdirəlayiq və ədalətli qərarını alqışlayır, bu qərarı İsrail-Fələstin arasında sülhün bərpa edilməsi istiqamətində vacib amil hesab eddir.

DQMM demokratik dünyanın Suriyada birləşmiş müxalifətin yeganə legitim qurum kimi tanımasını müsbət qiymətləndirir və bunun Suriyada vətəndaş mühariribəsinin tezliklə dayanmasında, Suriya xalqının öz müqəddəratını həll etməsi istiqamətində zəruri rol oynayacağına inanır.