Azərbaycan narının təbliğatı üçün yeni sayt açıldı - Fotolar

azerbaycan-narinin-tebligati-ucun-yeni-sayt-acildi
Oxunma sayı: 3584

Ötən gün Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti ilə bağlı tədbir keçirilib və veb saytının təqdimatı olub. “Qafqazinfo” xəbər verir ki, tədbir ümummili lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubleylərinə həsr olunub. 

Təqdimatın aparıcısı Kəmalə Piriyeva olub və açılış üçün sözü Assosiasiyanın rəhbəri Fərhad Qaraşova verib. F. Qaraşov mərasimdə iştirak edən hər kəsə təşəkkürünü bildirib, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətindən söhbət açıb.Daha sonra tədbirdə Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş video-çarx nümayiş olunub.

Yarandığı gündən bir sıra uğurlara imza atan assosiasiya yeni bir uğrunu- saytının yenilənmiş versiyasını ictimaiyyətə təqdim edib. Portal “www.pomegranate.az” adlanır. 

Saytın Azərbaycan narının təbliğatında, bu sektorun inkişafında töhfələrini verəcəyi vurğulanıb. Yüksək peşəkarlıqla hazırlanmış saytda Azərbaycan tarixində, mədəniyyətində, ədəbiyyatında, musiqisində, folklorunda, mətbəxində nar haqqında foto şəkillər, video-roliklər, musiqilər, şeirlər, nar meyvəsindən istifadə olunan yeməklərin fotoları yerləşdirilib. Həmçinin, Assosiasiya üzvlüyünə qəbul üçün online müraciət və online köməklik xidmətlərindən yararlanmaq imkanları da mövcuddur. Bundan başqa, sahibkarlar logistika, sertifikatlaşdırma, ixrac sənədləri və bu kimi xidmətlərdən yardım ala bilərlər. 

Bu məqamda bildirək ki, saytı “Safaroff Agency” tərəfindən yaradılıb. Agentlik 13 ildən artıqdır ki, bu bazarda işləyir. Komandaya 20 nəfərdən çox gənc daxildir. Ətraflı : www.safaroff.com –a daxil olaraq tanış ola bilərsiz. 

Daha sonra assosiasiyanın fəaliyyətində yaradıcı xidmətlərinə görə mükafatlandırma mərasimi baş tutub. Deləfruz Bağırova, Esli Dilbazi, Fəxriyyə Xələfova, İlqar Paşazadə, Nərmin Abbasova, Səbinə Əliyeva, Rəşad Ağayev, Rüfət Məmmədov, Lalə Hadıyeva, Çingiz Səfərova mükafatları təqdim edilib. 

Gecədə İqtisadiyyat nazirinin müavini, millət vəkilləri, assosiasiya rəhbərliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərliyi də iştirak edib.