Azərbaycan naziri Afrikadan danışdı

azerbaycan-naziri-afrikadan-danisdi
Oxunma sayı: 645

Nazirliyin mətbuat xidmətindən «Qafqazinfo»ya daxil olan məlumata görə, nazir son onillikdə Afrika İttifaqının və subregional təşkilatların rolunun xeyli artdığını vurğulayıb. Onun sözlərinə görə, heç də bütün regional təşkilatlar silahlı münaqişələrin əsas səbəblərini anlamaq və onların həllinə effektiv tövhə vermək üçün bacarığı və siyasi iradəsi ilə öyünə bilməz: “Ərazisinin əhəmiyyətli hissəsi işğal altında olan və yüz minlərlə vətəndaşının məcburi köçkün olduğu bir ölkə kimi Azərbaycan, Afrika ölkələri daxil olmaqla, həll olunmamış münaqişələrlə yaşayan ölkələrin üzləşdiyi təhdid və çağırışları tam şəkildə dərk edir. Afrika Sülh və Təhlükəsizlik Arxitekturasının və onun konstruktiv elementlərinin yaradılması, eyni zamanda, Afrika İttifaqının BMT TŞ-nın qərarları ilə həyata keçirdiyi sülhü dəstəkləmə əməliyyatları xüsusilə vurğulanmalıdır”.

Nazir qeyd edib ki, BMT və Afrika İttifaqı sülh və təhlükəsizlik sahəsində göstərdikləri bütün səylərə qadın və gender perspektivlərinin tam şəkildə inteqrasiya edilməsinin təmin edilməsi üçün çalışmalıdırlar: “Afrika İttifaqının öz maliyyə mexanizmlərini inkişaf etdirmək üçün atdığı addımlar təqdirəlayiqdir, lakin münaqişənin qarşısının alınması, idarə olunması və həlli, eyni zamanda sülhyaratma da daxil olmaqla, BMT və beynəlxalq ictimaiyyətin təmin etdiyi digər vasitələr və şərtlər də əlçatan olmalıdır”.

Azərbaycanla Afrika İttifaqı və onun üzv ölkələri ilə əməkdaşlığa toxunan E. Məmmədyarov Azərbaycanın Afrika üçün müxtəlif yardım proqramlarının tətbiqində fəal iştirakını vurğulayıb: “Biz Afrika Burnu və digər Afrika ölkələrində baş vermiş humanitar böhranın aradan qaldırılması məqsədilə təcili yardımın təmin edilməsi üçün ayrı-ayrı hökumətlərin və beynəlxalq təşkilatların çağırışına cavab verdik. Bundan başqa, biz Afrika İttifaqı Komissiyasının İnstitutlar və hazırlığın artırılması Proqramını dəstəkləməyə davam etdik və Afrika ölkələrindən olan diplomatlara Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq üçün təqaüd təklif etdik. Azərbaycan eyni zamanda, Sülyaratma Komissiyalarından birinin işinə də qoşulmuşdur və bu sahədə öz səylərini davam etdirəcəkdir. Biz ərazilərin minalardan təmizlənməsi sahəsində zəngin təcrübəmizi (ANAMA) Afrikada tətbiq etmək üçün maraqlı tərəflərlə məsləhətləşmələrə başlamışıq”.

Səidə