Azərbaycan naziri Pan Ki Munla görüşüb

azerbaycan-naziri-pan-ki-munla-gorusub
Oxunma sayı: 653

Xarici iŞlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Pan Ki Mun BMT ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirdiyinə görə məmnunluğunu bildirib. Məmmədyarov əvvəlcə prezident İlham Əliyev adından salamlarını çatdırıb. O, daha sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında baş katibə ətraflı məlumat verib.

Baş Katib Pan Ki Mun münaqişənin sülh yolu ilə tezliklə həll edilməsinə ehtiyacın olduğunu qeyd edib və bu istiqamətdə nəticələri gözlədiyini bildirib.

Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri həmsöhbətinin diqqətinə çatdırıb.

Nərgiz Ehlamqızı